Ronaldonun oğlu ən yaxşı hücumçu seçildi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.

Ronaldonun oğlu ən yaxşı hücumçu seçildi
https://peyk.az

Peyk.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, turnirdə  3 qol vurub. 9 yaşlı kiçik Ronaldonun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayından “Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.