Röya Abbasla Zamiqi barışdıracaq

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov qalmaqalından bəhs edib.

 Bu haqda "Show news" verilişində danışan Röya onları barışdırmaq istədiyini söyləyib:

"Zamiqlə aramızda anlaşılmamaq olmuşdu. Bizi Abbas Bağırov barışdırdı. Gəlib dedi ki, biz birik, küsüb-barışarıq, borcumdur sizi barışdırım. Zamiqlə barışanda Abbas sevindi. Üstündən 1 ay keçdi, onlar küsdü. Amma onların küsülülüyü uzun çəkdi.

Abbas Zamiqi çox istəyir. Hər dostumun xasiyyətini bilən adamam. Zamiq heç vaxt dedi-qodu etməz, dost arxasınca danışmaz. İkisi də qız bürcüdür, kişidir. İkisində də eqoistlik və tərslik var. Abbasdan daha çox istəyəcəm, bu barışığa addım atsın. Çünki məni həmişə barışığa Abbas itələyib".