Ruhani ilə Qəni arasında kritik müzakirə

İran Prezidenti Həsən Ruhani ilə Əfqanıstan Prezidenti Əşrəf Qəni arasında telefon danışığı olub.

Ruhani ilə Qəni arasında kritik müzakirə
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İran İslam Respublikası prezidentinin saytında bildirilir.

Məlumata görə, tərəflər İran generalı Qasım Suleymaninin öldürülməsini müzakirə edib.

"Gözləyirik ki, dost və qonşu ölkələrimiz bu pisniyyətli cinayətkar hərəkəti həmrəyliklə pisləyəcəklər", - deyə telefon danışığının gedişatında Ruhani bildirib.

Öz növbəsində Əşrəf Qəni Suleymaninin öldürülməsi ilə əlaqədar başsağlığını ifadə edib. Əfqanıstan prezidenti əlavə edib ki, İranın təhlükəsizliyi Əfqanıstan üçün vacibdir və əfqan hökumətinin və xalqının səyləri sülhə köməyə, sabitliyə, qardaşlığa yönəldiləcək.