Rus qadınları niyə tez qocalır?- Çinli jurnalistdən ilginç AÇIQLAMA

Rusiyalı qadınlar çinli qadınlara nisbətən daha tez qocalırlar.

Rus qadınları niyə tez qocalır?- Çinli jurnalistdən ilginç AÇIQLAMA
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, bu barədə Çinin Sohu xəbər portalı məlumat yayıb. Bildirilir ki, bu qocalmanın bir sıra səbəbləri var.

Jurnalistin fikrinə əsasən, ərə gedən rus qızları daha çox ailəyə diqqət ayırırlar və xarici görünüşlərinə fikir vermirlər. Bundan əlavə, Rusiya Şimal yarımkürəsində yerləşir və il ərzində əksər aylar hava soyuq olur. Bu səbəbdən ölkə əhalisi yüksək kalorili qida qəbul etməyə vərdiş edib. Buna görə də daha tez kökəlirlər.

Müəllif eyni zamanda qeyd edir ki, əsas faktor genetikdir. Onun sözlərinə əsasən, rus qızları Şərqi slavyan etnosunun üzvləri kimi hündür boya və bəyaz dəriyə sahibdirlər. Amma qadın kökəlməyə başlayanda bu genetik faktor da onu xilas etmir."Bütün bunlardan qorunmaq üçün qadın özünü formada saxlamalıdır. İdmanla məşğul olan insanlar sağlam həyat tərzi sürürlər", - deyə müəllif məqalədə qeyd edib.