Rusiya Əsədi idarə edə bilmirsə, bundan çəkinməyəcəyik - Altun

Suriya rejiminin düşmənçilik hərəkətlərinə yol verilməyəcək. Rusiya rejimi idarə edə bilmirsə, tədbir görməkdən çəkinməyəcəyik.

Rusiya Əsədi idarə edə bilmirsə, bundan çəkinməyəcəyik - Altun
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Qeyd edək ki, Suriya rejim qüvvələri türk ordusuna hücum edib, nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb. Türk ordusunun cavab zərbəsi nəticəsində 46 rejim əsgəri məhv edilib.