“Rusiya əsas tərəfdaşlardan biridir, amma...” – Ərdoğan

“Rusiya Türkiyənin əsas tərəfdaşlarından biridir, lakin onunla münasibətlər NATO müttəfiqləri ilə münasibətlərə alternativ deyil”.

“Rusiya əsas tərəfdaşlardan biridir, amma...” – Ərdoğan
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, NATO-nun bu gün Londonda keçiriləcək sammitində Çin və Rusiya ilə əlaqələr gündəmdə olacaq:

“Çinlə qarşılıqlı anlaşmaya əsaslanan konstruktiv əməkdaşlığı davam etdiririk. Eyni zamanda, Rusiya da beynəlxalq aləmdə aparıcı tərəfdaşlardan biridir. Ancaq onunla və digər ölkələrlə münasibətlər müttəfiqlərimizlə münasibətlərimizə alternative deyil, əksinə bunlara əlavədir”.

O, Türkiyənin coğrafi mövqeyindən irəli gələn prioritetlərini davam etdirərək çoxyönlü xarici siyasət yürütdüyünü bildirib.

Ərdoğanın sözlərinə görə, “NATO-nun təhlükəsizlik çətiri” Türkiyə üçün çox vacibdir:

“Ancaq alyansın yenilənməsi lazımdır. NATO, xüsusilə terror təşkilatlarının təhdidləri qarşısında daha qətiyyətli hərəkət etməlidir”.

Türkiyə dövlət başçısı NATO-nun sammitində iştirak etmək üçün bu gün İngiltərəyə gedib.