Rusiya Müdafiə naziri Türkiyə haqqında suala belə cavab verdi - "Qonşunu seçə bilməssən"

Rusiya Müdafiə naziri Türkiyə haqqında suala belə cavab verdi -
https://www.peyk.az

Rusiya Müdafiə naziri Sergey Şoyqu rus mediasına verdiyi açıqlamada Türkiyə və Rusiya arasındakı münasibətlərdən danışıb.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, jurnalistin "2015-ci ildə türk əsgəri bizim qırıcı təyyarəmizi vurmuşdu. İndi isə biz Türkiyəyə ən yeni silahları satırıq. Bir gün bu silahlar bizə qarşı çevrilməzmi?" sualına Şoyqu belə cavab verib:

"Əslində siz öz sualınızda cavab da vermiş oldunuz. Heç bir şey yerində dayanmır. Sizin dediklərinizi bir atalar sözü əlavə etmək istəyirəm: Qonşu seçilməz. Həyat yoldaşınızı, dostlarınızı seçə bilərsiniz. Ancaq, qonşunuzu seçə bilməzsiniz. Qonşularla yaxşı yola getməyə çalışmaq lazımdır. Bir şəkildə ortaq yol tapmaq lazımdır. Hal-hazırda Rusiya ilə türkiyənin ortaq çıxarları və terror bəlası kimi təhdid nöqtələri mövcüddur."