Rusiyada yol qəzasında bir ailənin 5 üzvü öldü

Rusiya Federasiyasının Tümen vilayətində 5 nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Rusiyada yol qəzasında bir ailənin 5 üzvü öldü
https://peyk.az

Peyk.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yol polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə “DAF” markalı yük maşını qarşı tərəfdən gələn "Lada X-Rey "markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Lada X-Ray"ın sürücüsü və dörd sərnişini ölüb. Onlardan üçü azyaşlıdır. Ölənlərin hamısının bir ailənin üzvü olduğu bildirilib.

İlkin məlumata görə, hadisəyə qarlı hava şəraiti səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.