Rusiyalı boksçular olimpiya oyunlarından imtina etdi

Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Səbəb kimi Rusiya Antidopinq Agentliyinin (RUSADA) Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib.

Rusiyalı boksçular olimpiya oyunlarından imtina etdi
https://peyk.az

Boks üzrə Rusiya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında yollanmaqdan imtina edib.

Peyk.az xəbər verir ki, bununla bağlı Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov RİA "Novosti”yə məlumat verib. Onun sözlərinə görə, boksçuların belə bir addım atmasina səbəb dövlət bayrağı olmadan həmin möhtəşəm tədbirdə iştirak etmək istəməməlsidir. 

Qeyd edək ki, Rusiya idmançılarının olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.

Cəza Tokio-2020 Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinə də şamil edilir.