Rusiyanın baş naziri təsdiqləndi

Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.

Rusiyanın baş naziri təsdiqləndi
https://peyk.az

Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.

Mişustinin hökumət başçısı təyin edilməsini Dövlət Dumasının üç fraksiyasının – "Vahid Rusiya", "Liberal Demokrat Partiyası" və "Ədalətli Rusiya" nümayəndələri dəstəkləyib.

Kommunist Partiyası fraksiyasının deputatları səs vermədə iştirak etməyiblər.