Şəhriyar Məmmədyarov dünya çempionatında iştirak edəcək

Bu il dekabrın 25-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Şəhriyar Məmmədyarov dünya çempionatında iştirak edəcək
https://peyk.az

Peyk.az xəbər verir ki, dünya çempionatında 250-dən çox şahmatçı iştirak edəcək. Ölkəmizi turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək.

Dünya çempionu olmaq uğrunda yarışlara qatılanlar arasında Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aniş Giri, Hikaru Nakamura və Vladimir Kramnik da var.