Saakyan Kəlbəcərin Tutqun dərəsindəki oteldə gizli görüş keçirdi...

Müstəqil Azərbaycan Respublikasının 20 faizini təşkil edən işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu  erməni rejiminin  başçısı Bako Saakyan Xankəndi-Basarkeçər yolunun 93-cü kilometrində yerləşən “Valleks Tak Cur”("Tak Cur" ermənicə isti su deməkdir)istirahət kompleksində gizli görüş keçirib.  

Saakyan Kəlbəcərin Tutqun dərəsindəki oteldə gizli görüş keçirdi...
https://peyk.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Peyk.az xəbər verir ki,  erməni mənbələrinin yaydığı məlumata görə,  separatçı lider işğal altındakı Kəlbəcər rayonu ərazisində Tərtər çayının Tutqun adlı qolunun axdığı məşhur Tutqun(el arasında “Qoturlu dərə” də deyilir) dərəsindəki İstisu mənbəyi yaxınlığında yerləşən oteldə Ermənistan Futbol Federasiyasının eks-prezidenti, tanınmış erməni oliqarxı Ruben Ayrapetyanla görüşüb.  Görüşün hansı məqsəd daşıması barədə məlumat verilmir. 
 
Saakyanın Tutqun dərəsin boyu gedən avtomobil kortejini təsadüfən o yoldan keçən və sonradan sözügedən kompleksdə ermənilərdən biri çəkib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Nemes Rubo” ləqəbi ilə tanınan Ruben Ayrapetyan son illərədək terrorçu eks-prezident Serjik Sərkisyanın yaxın adamlarından biri kimi onun rəhbəri olduğu Respublika partiyasının fəal üzvlərindən olub. Xatırladaq ki, R.Ayrapetyan 2014-2015-ci illərdə  Şuşadakı məşhur İsabulağı yanında istirahət kompleksi də tikib.