Saatlıda çoban güllələnərək qətlə yetirildi

Saatlı rayonunda qətl hadisəsi baş verib.

Saatlıda çoban güllələnərək qətlə yetirildi
https://www.peyk.az

Publika.az xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndindəki fermaların birində qeydə alınıb.

Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətlin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, S.Əliyev fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.\report