Sabah Bakıda yağış yağacaq

Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Sabah Bakıda yağış yağacaq
https://peyk.az

Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Peyk.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 2-5°, gündüz 6-9°, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.