Sabiq senatorun həbsi tələb edilir - Dövlətə ziyan vurduğuna görə...

ABŞ Konqresinin sabiq senatoru Kristofer Kollinsin həbsi tələb olunur.

Sabiq senatorun həbsi tələb edilir - Dövlətə ziyan vurduğuna görə...
https://peyk.az

Peyk.az xəbər verir ki, senator qanunsuz ticarətdə və dövlətə ziyan vurmaqda ittiham olunur.

ABŞ prokurorluğu buna görə keçmiş konqresmenin 5 il müddətinə (46-57 ay) azadlıqdan məhrum edilməsini istəyir.

Lakin Kollins hər şeyə görə peşmanlığını bildirib və tələb olunan həbs cəzasının ağır olduğunu dilə gətirib.

Prokurorluq hazırda 69 yaşlı Kollinsi cinayətləri ört-basdır etmək üçün federal agentlərə yalan danışmaqda, eyni zamanda Nümayəndələr Palatasında işləyərkən qanunlara əməl etməməkdə günahlandırır.

Ötən il Konqresdən istefa verən sabiq senator haqqında qəti hökm cümə günü oxunacaq.