Sabirabadda 5 otaqlı evdə yanğın oldu

Sabirabadda ev və ona bitişik talvar yanıb.

Sabirabadda 5 otaqlı evdə yanğın oldu
https://peyk.az

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sabirabad rayonunun Mürsəlli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin çardağı və tavanının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının döşəməsi 10 m² sahədə yanıb.

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 200 m² olan talvarın lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.