Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI

Uels şahzadəsi Harri kral səlahiyyətlərindən imtina etdikdən sonra vəziyyətlə bağlı ilk açıqlamasını verib.

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI
https://peyk.az

Onun sözərinə görə, həyat yoldşı Meqan Markl ilə birlikdə kraliçaya xidməti dövlətdən maliyyələşmədən davam etdirməyi düşünüblər, lakin bunun mümkün olmadığından cütlük "kral" titulundan imtina etməli olub.

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI - FOTO-VİDEO

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə şahzadə özünün "Sentebale" xeyriyyə təşkilatının tədbirində çıxış edərkən danışıb. Onun çıxışı şahzadələrin rəsmi "İnstagram" səhifəsində yayımlanıb.

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI - FOTO-VİDEO

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI - FOTO-VİDEO

Harri bu qərarı qəbul etməyə məcbur olduğu üçün çox kədərləndiyini bildirib:

"Britaniya mənim evim və sevdiyim yerdir. Bu, dəyişilməz olaraq qalacaq... Meqanı isti qarşıladınız. Həyatda axtardığım bütün xoşbəxtlik və sevgini Meqanda tapdığımın şahidi oldunuz. Həyat yoldaşı kimi seçdyim qadın mənimlə eyni dəyərləri paylaşır... Meqanla ailə qurduğumuzda həyəcanlıydıq, ümid doluyduq, xidmət etmək üçün burada idik. Ona görə də işlərin bu yerə çatması məni çox kədərləndirir. Özüm və xanımım üçün bu qərarı qəbul etmək asan deyildi... İllərlə sınaqlardan sonra aylarla danışıqlar aparılıb. Bilirəm, həyatımda qəbul etdiyim qərarlar həmişə düz olmayıb, amma bu məsələdə başqa seçim yolu qalmamışdı. Bunu açıq şəkildə çatdırmaq istəyirəm ki, heç kəsi tərk etmirik. Sizi isə əsla tərk etmirik".

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI - FOTO-VİDEO

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl vaxtlarını Britaniya və Şimali Amerika arasında bölüşdürərək, maliyyə müstəqilliyini qazanmaq, kral səlahiyyətlərindən imtina etmək və xeyriyyə təşkilatı açmaq planları barədə elan ediblər.

Şahzadə Harri krallıqdan imtina etdikdən sonra İLK DƏFƏ DANIŞDI - FOTO-VİDEO

Krallıqdan imtina edən cütlük, həmçinin, yaşayış yerlərinin təmirinə xərclənən 2.4 milyon funt sterlinqi (təxminən 3.1 milyon dollar) qaytarmaq niyyətindədir.

Bəyanatın fonunda məlum olub ki,"Disney" ilə müqavilə bağlayan Meqan Markl cizgi filmi personajlarını səsləndirəcək. "The Times" qəzetinin yazdığına əsasən, onun ilk səsyazması Milad bayramından öncə keçirilib. Bu işinə görə də cütlük kral ailəsinin üzvləri tərəfindən tənqid atəşinə tutulub.