Şamaxıda 25 yaşlı oğlan qətlə yetirilib

Şamaxıda qətl törədilib.

Şamaxıda 25 yaşlı oğlan qətlə yetirilib
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə şəhərin "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb.