Samsung-un yeni qatlana bilən smartfon modelinin fotosu və adı sızdırıldı

Las Veqasda keçirilən CES 2020 sərgisi çərçivəsində Samsung şirkəti bağlı qapılar arxasında öz yeni qatlana bilən smartfon modelini sərgiləyib.

Samsung-un yeni qatlana bilən smartfon modelinin fotosu və adı sızdırıldı
https://peyk.az

Təqdimatda olmuş fotolardan biri artıq internetə sızdırılaraq yeni qatlana bilən smartfonun adını ortaya çıxardıb. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə ortaya çıxmış fotoya və insayderlərin vermiş olduqları məlumatlara əsasən Samsung-un növbəti qatlana bilən smartfon modeli Galaxy Bloom adını əldə edəcək.

    Təqdimat zamanı əldə edilmiş foto aşağı keyfiyyətlidir. Belə ki, CES 2020-də bağlı qapılar arxasında keçirilmiş təqdimatda kameralardan istifadə qadağan edilib. Bundan əlavə olaraq ortaya çıxmış məlumata əsasən Samsung-un mobil şöbəsinin rəhbəri olan D.J Koh bu smartfonu qadınlar üçün nəzərdə tutulmuş smartfon kimi qələmə verib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy Bloom-u Galaxy Fold-dan fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, Galaxy Bloom-un ekranının qorunmasında ultranazik şüşə materialdan istifadə olunacaq.

    Şayiələrə əsasən yeni qatlana bilən smartfon həmçinin 8K keyfiyyətində videoçəkiliş funksiyasını da əldə edəcək. Bir sıra mənbələrin sözlərinə əsasən Samsung artıq gələn ay təqdim olunacaq yeni Galaxy S seriyasının cihazlarının adlarını təsdiqləyib: Galaxy S20Galaxy S20 Plus və Galaxy S20 Ultra. Galaxy S20 Ultra modeli Hubble adlı 100 MP-lik kamera modulunu əldə etməlidir.