Saratov-Sızran yolunda qəza: 26 yaşlı Azərbaycan vətəndaşı həlak oldu

Bu gün Rusiyanın Saratov vilayətində Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən yol qəzası baş verib.

Saratov-Sızran yolunda qəza: 26 yaşlı Azərbaycan vətəndaşı həlak oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, Saraov-Sızran avtomobil yolunun 236-cı kilometrliyində “Scania” markalı avtomobildaşıyan TIR-la Azərbaycan vətəndaşının idarə etdiyi “Chery” minik avtomobili toqquşub. Zərbədən Çin avtomobili xurd-xəşil olub. Sürücü, 26 yaşlı azərbaycanlı hadisə yerində həlak olub. Onun cəsədini çıxarmaq üçün xilasedicilər xüsusi alətlərdən istifadə ediblər. İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük avtomobilinin sürücüsüdür, o qarlı yolda idarəetməni itirib.