Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdirildi

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sarkisyanla keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanı üzləşdirib.

Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdirildi
https://peyk.az

Bu barədə “Aykakan jamanak” qəzeti məlumat yayıb.

S.Sarkisyanın vəkili Amram Makinyan sabiq prezidentin iştirakı ilə üzləşmənin keçirildiyini təsdiqləyib, amma kiminlə üzləşdiyini açıqlamayıb.

Erməni mediası isə Sarkisyana qarşı ifadə verən şəxsin Serqo Karapetyan olduğunu yazıb.

Azvision.az xatırladır ki, Serj Sarkisyanın hakimiyyəti dövründə Yerevanda dizel yanacağının tədarükü üçün keçirilən tenderdə “Maksur” və “Flash” də daxil olmaqla bir çox şirkətlər müraciət edib. “Maksur” daha aşağı qiymət təklif edib və onun müraciəti təsdiq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Lakin Sarkisyan öz rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Flash" şirkətinin xeyrinə seçim etməyi tapşırıb.

Cari ilin dekabrın 4-də Xüsusi İstintaq Xidməti keçmiş prezidentə qarşı mənimsəmə və oğurluq ittihamını irəli sürüb. Sarkisyan 2013-cü il yanvarın 25-dən 7-dək bir milyondan çox vəsaiti oğurlamaqda ittiham olunur.