Şaxta baba kilsədən oğurluq etdi - VİDEO

Moskva şəhəri yaxınlığında yerləşən kilsələrdən birində başına Şaxta baba papağı qoymuş şəxs ibadətə gələn şəxslərdən birinin əşyasını oğurlayıb.

REN TV məlumat verir ki, müşahidə kameralarına düşən görüntülərdə başına Şaxta babanın papağını qoyan şəxs əlində çanta ilə kilsədən bayıra çıxır, sonra yenidən qayıdaraq nəyisə axtarır. Daha sonra yenidən pilləkənlə ibadət zalına qayıdır.

Öncə məlumat verilmişdi ki, kilsədən xəz geyim oğurlanıb.

Daxili İşlər Nazirliyinin yerli qurumları oğurluq hadisəsi ilə bağlı araşdırma apardıqlarını bildiriblər.