Seda Sayanın oğlu “Reyyan”dan danışdı

Müğənni Seda Sayanın oğlu Oğulcan Engin "Hercai"nin Reyyanı, aktrisa Ebru Şahin ilə sevgili olduqları xəbərlərinə aydınlıq gətirib.

Seda Sayanın oğlu “Reyyan”dan danışdı
https://peyk.az

Peyk.az xəbər verir ki, o, barələrində yayılan dedi-qoduların yalan olduğunu bildirib:

"Ebrunu uzun müddətdir tanıyıram, yaxın dostumdur. Həyatımda biri olsa, əlindən tutaraq qarşınıza çıxaram. Hazırda həyatımda heç kim yoxdur”.