Selfi çəkdirən model qayalıqdan yıxılıb öldü

Britaniyalı model Avstraliyada selfi çəkdirərkən qayalıqdan yıxılaraq ölüb.

Selfi çəkdirən model qayalıqdan yıxılıb öldü
https://peyk.az

Peyk.az xəbər verir ki, bədbəxt hadisə yanvarın 12-də Diamond Bay çimərliyində qeydə alınıb. İnfiltərənin Linkoln şəhərindən olan 21 yaşlı Medalin Devis yerli vaxtla saat 6:30-da 7 dostu ilə əyləncə məclisindən qayıdıb. Dan yerinin ağardığını görən gənclər Günəşin çıxmasını birlikdə qarşılamaq üçün qayanün üstünə dırmanıblar.

Qız Günəş fonunda şəkil çəkdirmək üçün qayalığın qıraq hissəsində oturub. O, gözlənilmədən 30 metr hündürlükdən yıxılıb və güclü zərbə səbəbindən ölüb.