Şengen vizası ilə bağlı yeni qaydalar - QÜVVƏYƏ MİNDİ

Yeni Şengen viza qaydaları qüvvəyə minib.

Şengen vizası ilə bağlı yeni qaydalar - QÜVVƏYƏ MİNDİ
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər Şengen zonasına aid 22 Aİ ölkəsinə, eyni zamanda birliklə əlaqəli Lixtenşteyn, İslandiya, Norveç və İsveçrəyə qısamüddətli vizaların alınmasına aiddir.

Bu ölkələrdən hər hansı birinin verdiyi vahid qısamüddətli viza, Şengen sazişinin 26 ölkəsinə 180 günlük müddətdə 90 günə qədər davam edən səfərlərə şamil olunur.

Viza üçün ərizə səyahətdən altı ay əvvəl verilə bilər. Əvvəl isə bu müddət 3 ay idi.

Ərizəni elektron formada doldurmaq da mümkündür. Viza haqqı isə 60 avrodan 80 avroya qədər artıb. Birlik orqanları belə bir qərarı rüsumun miqdarını ümumi inflyasiya dərəcəsi ilə əlaqələndirmək ehtiyacı ilə əsaslandırıb.