SEPAH komandanı ABŞ-la bağlı vəd verdi

"Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq".

SEPAH komandanı ABŞ-la bağlı vəd verdi
https://peyk.az

Peyk.az irna-ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib.

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: "Bu qisasın vaxtı və miqyası hələ məlum deyil".

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: "Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq".

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək.