Sevil-Sevincin qardaşı ailəsi ilə birlikdə xaricə köçdü

Tanınmış müğənni Sevil -Sevinc bacılarının qardaşı Anar ailəsi ilə birlikdə xaricə köçüb.

Sevil-Sevincin qardaşı ailəsi ilə birlikdə xaricə köçdü
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə bacılar sosial şəbəkədə paylaşım ediblər. Onlar qeyd edib ki, qardaşı Murmanskda yaşayacaq:

"Qardaşımın işi oradadır. Ailəsinin, övladlarının gələcəyini düşünüb bu addımı atdılar.Biz bu qərarı hörmətlə qarşılayıb, dəstək olduq. Anam bizimlə Bakıda qalacaq. Təbii ki, siz bizi müğənni kimi tanıyırsız, amma anamın bizi tək qoyub getməyi doğru deyil. Qardaşımın artıq öz ailəsi var, biz isə subayıq. "Anar anasını niyə tək qoyub" demək doğru deyil, çünki biz varıq. Anam ağır xəstəlikdən dönüb. Onu bu şəkildə apara bilməzdik. Artıq tez-tez uşaqları biz görəcəyik. Onu da əlavə edim ki, hər kəsə bizim gəlinimiz kimi qismət arzu edirik. O bizim gəlinimiz yox, bacımızdır".
Sevil-Sevincin qardaşı ailəsi ilə birlikdə xaricə köçdü - FOTO