Şimali Koreya liderindən gözlənilməz addım

Şimali Koreya lideri Kim Çen In 2013-cü ildən bəri ilk dəfə olaraq yeni il nitqi ilə çıxış etməyib.

Şimali Koreya liderindən gözlənilməz addım
https://peyk.az

Peyk.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna qədər Kim Çen In yeni ilin ilk günündə xalqı təbrik edər, ölkənin gələcək siyasi prioritetlərini açıqlayardı. Lakin bu il dövlət televiziyası və qəzeti ölkə liderinin təbriki ilə bağlı heçnə yayımlamayıb.

Əvəzində isə Kim Çen Inın İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasındakı çıxışı ətraflı şəkildə dərc olunub. Ölkə lideri burdakı çıxışında tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlayıb.