Şok iddia – Rusiya Türkiyəni Ukrayna ilə üz-üzə qoyur

Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin üzvü Natalya Poklonskaya aprel ayında keçiriləcək Yalta Beynəlxalq İqtisadi Forumuna Hindistan parlamentinin və hökumətinin, habelə Türkiyə, Misir, Tunis və İtaliya nümayəndələrinin gələcəyini açıqlayıb.

Şok iddia – Rusiya Türkiyəni Ukrayna ilə üz-üzə qoyur
https://peyk.az

Peyk.az xəbər verir ki, Poklonskaya sözügedən ölkələrin hökumətlərinin beynəlxalq foruma nümayəndə heyəti göndərəcəklərini bildirib.

Rusiyalı parlamentari həmin ölkələrin rəsmi şəxsləri ilə təmasda olduğunu deyib:

“Hindistanda oldum, Hindistan parlamentinin sədri ilə görüşdüm. Yalta Beynəlxalq İqtisadi Forumunda Krıma nümayəndə heyəti göndərəcəyini vəd etdi. Tunis, İtaliya, Türkiyə və Misirdən də nümayəndələr foruma gəlməlidir”.

Yalta Beynəlxalq İqtisadi Forumu Ukraynanın işğal edilmiş Krım bölgəsində keçirilən iqtisadi konfransdır. 2019-cu ildə forum aprelin 18-dən 20-dək keçirildi. Rus mediasının iddiasına görə, son forumda iştirakçıların sayı dünyanın 100-ə yaxın ölkəsindən 4.5 min nəfəri keçib.

2020-ci ildəki forum 23-25 ​​aprel tarixlərində keçiriləcək.

Türkiyə nümayəndə heyətinin işğal bölgəsinə gəlməsinin Ukrayna ilə gərginliyə səbəb olacağı istisna edilmir.