Süleymaninin öldürülməsindən sonra ABŞ-dan daha bir həmlə

ABŞ-ın iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqa 3500 hərbçi göndərdiyi iddia edilir.

Süleymaninin öldürülməsindən sonra ABŞ-dan daha bir həmlə
https://peyk.az

Peyk.az xəbər verir ki, "NBC News" televiziyası ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələrə istinadla 82-ci Hava Hücumu Diviziyasının əsgərlərinin Yaxın Şərqə göndərildiyi barədə məlumat yayıb.

İlkin ehtimallara görə, hərbçilər Küveytdə yerləşdiriləcək. Pentaqonun gün ərzində rəsmi açıqlama yayacağı gözlənilir.