Süleymaninin öldürülməsini İsrail istədi - “Hizbullah” lideri

“Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani ilə bağlı açıqlama verib.

Süleymaninin öldürülməsini İsrail istədi - “Hizbullah” lideri
https://peyk.az

Peyk.az xəbər verir ki, Şeyx Həsən Nəsrullah Süleymanın öldürülməsində ABŞ-la bərabər, İsraili də günahlandırıb.

Şeyx Süleymanın öldürülməsinin cinayət olduğunu və ABŞ prezidenti Donald Trampın şəxsən bu əmr verdiyini bildirib.

O, bu istəyin isə İsrail tərəfdən gəldiyini hesab edib. Bəyan edib ki, Süleymanın öldürülməsini İsaril istəyib: "İsrail Süleymanı mövcud olan ən təhlükəli insan olaraq gördü. İsrail onu öldürməyə cəsarət etmədi, ona görə öldürmək üçün ABŞ-a müraciət etdi".