Təbrizdə stadiona Süleymaninin adı verildi və...

Təbrizdə “Maşınsazi” futbol komandasının ev görüşlərini keçirdiyi “Bonyan dizel” stadionunun adı dəyişdirilərək Qasım Süleymani adlandırılıb.

Təbrizdə stadiona Süleymaninin adı verildi və...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə qərarı “Traktor” və “Maşınsazi” klublarının sahibi Məhəmmədrza Zenuzi verib. Tezliklə, adın dəyişdirilməsi ilə bağlı sənədlərin tam qaydasına salınacağı vurğulanıb.

Bununla belə klub rəhbərliyinin atdığı addım sosial şəbəkələrdə etirazlara səbəb olub. Etirazçılar klub rəhbərliyinin addımıyla razılaşmadıqlarını bəyan ediblər.