Tərtər sakini ağzından güllələndi

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

Tərtər sakini ağzından güllələndi
https://peyk.az

Peyk.az "Report"a istinaden xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oğlu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.