Tanınmış televiziya aparıcısı dindarlardan üzr istədi

Rusiyanın tanınmış televiziya aparıcısı İvan Urqant 1-ci kanalda yayımlanan “Axşam Uraant” verilişinində İsa peyğəmbər haqqında etdiyi zarafata görə dindarlardan üzr istəyib.

Tanınmış televiziya aparıcısı dindarlardan üzr istədi
https://peyk.az
Tanınmış televiziya aparıcısı dindarlardan üzr istədi

Peyk.az Rusiya mediasına istinadən xəbər verir ki, o, üç həftə fasilədən sonra başlayan şousunda dindarlara müraciət edib. “Səmimi üzrlərimi qəbul edin, xahiş edirəm, inciməyin və mümkünsə, lənətlərinizi geri qaytarın”, — deyə o, əlavə edib ki, xristian dəyərləri üzərində düşünməyi planlaşdırmır. Urqant ona cinayət işinin açılması tələbindən narahat olduğunu da qeyd edib: “Yeni Baş prokurorun ilk işinin yəqin bu məsələnin olmasından da qürur duyur”. İvan Urqant onun şousunun əyləncəli xarakter daşıdığını vurğulayıb. Onun fikrincə, din tabulaşdırılmış və qapalı mövzu olmamalıdır, xüsusilə onunla zarafat etməkdən qorxmaq lazım deyil. Əvvəllər Ortodoks fəalları Milad haqqında kollajı aktyor Nikolas Keycin üzü ilə İsa peyğəmbərin sifətinin yerində nümayiş etdirdiyinə görə Urqantın vətəndaşlıqdan məhrum edilməsini tələb etmişdilər.