“Tapa” qasırğasının vurduğu Yaponiya və Cənubi Koreyada ölənlər və xəsarət alanlar var

“Tapa” qasırğasının vurduğu Yaponiya və Cənubi Koreyada ölənlər və xəsarət alanlar var
https://peyk.az

Bu gün güclü "Tapa" qasırğası ilə əlaqədar Yaponiya və Cənubi Koreyada 900-dən çox aviareys ləğv edilib, çoxlu sayda elektrik xətləri qırılıb, ölən və xəsarət alanlar var.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, Yaponiyada 423 daxili aviareys ləğv edilib.

Cənubi Koreyada ləğv edilən aviareyslərin sayı 500-ə çatır. Hazırda qasırğanın mərkəzində təzyiq 975 hektopaskal, küləyin sürəti saniyədə 30-45 metr təşkil edir.

 

Qasırğa hazırda Yaponiyanın Xyusyu adasının qərbini vurur və daha sonra  Yapon dənizi üzərindən şimal-şərq istiqamətdə hərəkət edəcəyi, Yaponiya və Koreya yarımadasının qərb sahillərini vuracağı gözlənilir. Son məlumata görə, qasırğa nəticəsində Yaponiyada 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Cənubi Koreyada da 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.