Tehranda sərnişin təyyarəsi təcili eniş edib

İranın "Airbus 306" sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib.

Tehranda sərnişin təyyarəsi təcili eniş edib
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bu barədə "Tasnim" agentliyi bildirib.

Məlumata əsasən, İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra təyyarə texniki problemlə üzləşib. Bu səbəbdən təyyarə İstanbula uçuşunu dayandırıb, başqa bir hava limanına - Mehrabad limanına uğurlu eniş edib.

Sərnişinlərdən heç biri xəsarət almayıb.