“Terror aktı versiyası…” – Ukrayna səfirliyi açıqlama yaydı

İlkin məlumata görə, Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi texniki səbəblərdən – mühərrikin nasazlığı nəticəsində qəzaya uğrayıb.

“Terror aktı versiyası…” – Ukrayna səfirliyi açıqlama yaydı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Ukraynanın İrandakı səfirliyindən bildirilib.

“İlkin məlumata görə, təyyarə texniki səbəblərdən – mühərrikin nasazlığı nəticəsində qəzaya uğrayıb. Hazırda terror aktı versiyası istisna edilməkdədir”, – deyə səfirliyin məlumatında qeyd olunur.

Səfirliyin məlumatında o da qeyd olunur ki, Tehran-Kiyev reysini yerinə yetirən təyyarədə uçuş üçün 168 bilet satılıb. Bu sayda sərnişin qeydiyyatdan keçib. Onlardan heç biri sağ qalmayıb. “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi Tehran hava limanından havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.