"Tesla"dan yeni avtomobil-FOTOLAR

"Tesla" şirkəti yeni avtomobilini "Cybertruck" adlandırıb.

https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, fantastik filmlərdəki avtomobillərə bənzəyir.
Yeni modelin uzunluğu 5.885 mm, yük platformasının dərinliyi isə 2 metrdir. Salonda 6 nəfər rahatlıqla əyləşə bilər. "Tesla Cybertruck Tri Motor AWD" versiyası 3 elektrik mühərriki ilə təchiz edilib. 60 mil/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. Maksimal sürət 210 km/saatdır. Enerji ehtiyatı 800 km məsafə qət etməyə imkan verir.
ABŞ-da avtomobilin satış qiyməti 70 min dollardan başlayır. Şirkətdən bildirilib ki, satışlar 2021-ci ildən başlayacaq.
"Tesla"dan yeni avtomobil-FOTOLAR"Tesla"dan yeni avtomobil-FOTOLAR"Tesla"dan yeni avtomobil-FOTOLAR"Tesla"dan yeni avtomobil-FOTOLAR"Tesla"dan yeni avtomobil-FOTOLAR