Tiflisdə aksiya: Bu ABŞ təşkilatları bağlansın!

Bu gün Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının tərəfdarları ABŞ-ın Tiflisdəki səfirliyi qarşısında bu ölkədə sosioloji sorğu aparan Milli Demokratiya İnstitutu (NDİ) və Beynəlxalq Respublikaçı İnstitutunun (İRİ) fəaliyyətinin qadağan edilməsi tələbi ilə aksiya keçirib.

Tiflisdə aksiya: Bu ABŞ təşkilatları bağlansın!
https://peyk.az

Peyk.az xəbər verir ki, aksiya “Obyektiv” telekanalı vasitəsilə canlı yayımlanıb.

“Biz kimsənin koloniyası deyilik və birlikdə yalana YOX deməliyik. Bu gün biz ABŞ səfirliyi qarşısında bəyan edirik ki, bu təşkilatların Gürcüstandakı fəaliyyətinə qadağa qoyulmalıdır. Qoy onlar Gürcüstanı tərk etsinlər”, - Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının lideri İrma İnaşvili bildirib.

Nümayişçilər hesab edir ki, NDİ və İRİ sosioloji sorğuların yalan nəticələrini yaymaq və Gürcüstan hökumətini bu faktları araşdırmağa çağırmaqla Vahid Milli Hərəkat və Avropa Gürcüstanı Partiyalarının maraqları üçün işləyir.

İnaşvili bu təşkilatların Gürcüstan-ABŞ münasibətlərinə ziyan vurduğunu deyib.