Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu

Rusiyanın məşhur repçisi və iş adamı Timatinin sevgilisi Anastasiya Reşetovanın doğum gününü qeyd edib.

Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu
https://peyk.az

 

Latın Amerikası sahillərində keçirilən məclisdə Timati və Anastasiyadan başqa, uşaqları - üç aylıq Ratmir və Alisa, qaynanası Simona və dostları iştirak edib.

Sevgilisinin dəbdəbəli doğum günündən “Instagram” hesabında fotolar yayımlayan Timati Anastasiyanı bu cür təbrik edib:

“Bu gün “gözəl” bir şey yazmaq istədim ki, sevinəsən. Lakin mən köhnə qurumuş çörəyəm, belə getsə, düzələndə deyiləm”.

Ad günündən olan digər fotoları isə 24 yaşını qeyd edən A.Reşetova sosial media hesabında yayımlayaraq, bu şəkillərin ailə albomlarına daxil olacağını bildirib.

Diqqət çəkən məqam isə cütlüyün qucağında olan üç aylıq Ratmirin üzünü bağlamaları olub.

Ailənin mehriban və xoşbəxt görüntülərinə isə izləyicilər müsbət rəylər yazaraq, Timatinin sevgilisi Anastasiya Reşetovanı təbrik ediblər.(oxu)

Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO
Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO
Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO
Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO