“Toxunulmazlıq istəyirəm” – Netanyahu

İsrail Baş naziri Binyamin Netanyahu Baş Prokurorluğun barəsində korrupsiya ittihamı ilə cinayət işi açmasından sonra parlamentə toxunulmazlıqla bağlı müraciət edəcəyini açıqlayıb.

“Toxunulmazlıq istəyirəm” – Netanyahu
https://peyk.az

Peyk.az xəbər verir ki, irəli sürülən ittihamları rədd edən baş nazir cinayət işini “siyasi sifariş” adlandırıb.

Netanyahu toxunulmazlıq hüququ ala bilmək üçün parlamentdəki 120 deputatın yarıdan çoxunun dəstəyini almalıdır. Baş nazir parlamentə bu barədə müraciət etdikdən sonra barəsində aparılan qanuni prosedura da təxirə salınmış olur.

Ötən ilin noyabr ayında Binyamin Netanyahu barəsində rüşvət, korrupsiya və digər ittihamlar üzrə cinayət işi açılıb.