Tramp fars dilində paylaşım etdi: İranda "Diktatora ölüm" şüarları kükrəyir

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə fars dilində paylaşım edərək İranın danışıqlara məcbur olacağını yazıb.

Tramp fars dilində paylaşım etdi: İranda
https://peyk.az

Peyk.az bildirir ki, paylaşımında “Milli təhlükəsizlik müşaviri bu gün bildirdi ki, sanksiyalar və etiraz aksiyaları İranı “boğur” və bu vəziyyət onları danışıqlara məcbur edəcək”,– deyə Tramp bildirib.

O, danışıqlara hazır olduqlarını dilə gətirib, amma şərtlərini də əvvəlcədən açıqlayıb: “Nüvə silahı olmaz və öz etirazçılarınızı öldürməyin”.

Bizimyol.info xəbər verir ki, müşahidəçilərin fikrincə, fars dilində paylaşım Trampın İran xalqı ilə birbaşa danışmaq cəhdidir.

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı etirazlar | Foto: GettyImages
İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı etirazlar | Foto: GettyImages

Qeyd edək ki, İranda “səhvən” Ukrayna sərnişin təyyarəsi vurulduqdan sonra tələbə etirazları başlayıb və getdikcə böyüməkdədir. İranın silahlı qüvvələri artıq etirazları yatırmağa başlayıblar. Amma prosesi tam nəzarətə götürə bilmirlər. Etirazçılar “Diktatora ölüm!” şüarları səsləndiriblər və bu zaman Ali Dini Lider Ayətullah Əli Xamneini nəzərdə tutublar.