Tramp İranı vursa, Qarabağ partlayacaq... - Lukyanov

ABŞ ilə İran arasında gərginlik hərbi eskalasiya həddinə gəlib çıxsa, bu, Cənubi Qafqaz, ələlxüsus da Ermənistan üçün çox boyuk fəsadlara yol açacaq.

Tramp İranı vursa, Qarabağ partlayacaq... - Lukyanov
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Ermənistan mətbuatına açıqlamasında Rusiyanın Xarici və Müdafiə Şurası qeyri-hökumət təşkilatının sədri Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, İran ilə ABŞ arasındakı müharibədən Bakı da əziyyət çəkə bilər, söhbət qaynar nöqtələrdən qaçmaq istəyən minlərlə qaçqından gedir. Amma bu, İrəvanın başına gələ biləcəklərin yanında heç nədir:

“Regiondakı hərbi eskalasiya ilk növbədə Ermənistanı cənginə alacaq. Cünki İrəvan ilə az sayda iqtisadi əlaqələri olan ölkələrdən ən başlıcası İrandır. Tehran Ermənistanın dünyaya çıxış üçün iki koridorundan biridir”.

Sədr vurğulayir ki, Ermənistanda iqtisadiyyatın iflası Qarabagda partlayış effekti verə bilər, cünki hazırda bu konflikt “barıt cəlləyi”nə bənzəyir – bircə qığılcım kifayət edər.

“Hadisələrin bu tip cərəyan etməsi isə Ermənistan üçün gözlənilməz nəticələrlə sonlana bilər”, - deyə Lukyanov bildirib.