“Tramp müzakirə istəyirsə...” – Ruhani şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp müzakirə istəyirsə, bunun üçün vacib olan ön şərtləri yerinə yetirməlidir.

“Tramp müzakirə istəyirsə...” – Ruhani şərtini açıqladı
https://www.peyk.az

Teleqraf.com xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının toplantısında iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan İran Prezidenti Həsən Ruhani Fox News-ə müsahibəsində deyib.

İran dövlət başçısı Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücuma görə, İranın ittiham edilməsini rədd edib, bunun üçün irəli sürülən faktların yetərsiz olduğuna diqqətə çəkib: “Neft müəssisələrini vuran raketlərin üzərində “Ya Əli” yazısının oması hücumun İran tərəfindən edildiyi anlamına gəlmir”.

Yəmən əhalisinin Səudiyyə Ərəbistanının işğal və hücumlarına qarşı müqavimət göstərmək haqqının olduğuna diqqət çəkən Ruhani ABŞ-ın Yaxın Şərqdə terrora əsas verdiyini bəyan edib.

Trampla hər cür görüşü rədd edən Ruhani deyib ki, əgər Tramp görüş istəyirsə, bunun üçün irəli sürülən ön şərtləri yerinə yetirməlidir.

İranın nüvə silahı əldə etmək iddialarını cavablandıran Həsən Ruhani bildirib ki, belə bir vəziyyətdə nüvə anlaşması imzalamayacaqlar: “Biz sülh istəyirik. İran nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirib. Anlaşmada öhdəliklərini yerinə yetirməyən tərəf ABŞ olub”.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında bu gün xitab edəcək.