Trampa sui-qəsd? – Floridada silahlı iranlı tutuldu

Florida polisi ABŞ Prezidenti Donald Trampın iqamətgahından 6.5 kilometr uzaqlıqda yerləşən “Flagler Memorial” körpüsündə üzərində bıçaq gəzdirən bir şəxsi saxlayıb.

Trampa sui-qəsd? – Floridada silahlı iranlı tutuldu
https://peyk.az

Peyk.az xəbər verir ki, araşdırma zamanı həmin şəxsin Məsud Yarzeveli adlı iranlı olduğu ortaya çıxıb.

Polis şübhəlinin üzərindən 2200 dollar pul və bıçaq çıxdığını bildirib.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, İran tərəfi Donald Trampı öldürənə 80 milyon dollar mükafat verəcəyini bəyan etmişdi.