Trampdan İrana gözdağı: Vuracağıq...

ABŞ Prezidenti Donald Tramp ard-arda raketlə hücum edən İranı təhdid edib.

Trampdan İrana gözdağı: Vuracağıq...
https://peyk.az

Peyk.az xəbər verir ki, Tramp yenidən hücum edəcəyi təqdirdə İrana məxsus 52 hədəfi vuracağını açıqlayıb.

"Süleymani səfirliyimiz hücum edirdi və başqa yerləri vurmaq üçün hazırlıq görürdü. İran onsuzda illərdir problemdən başqa bir iş görməyib. Bu xəbərdarlıq olsun: İran amerikalılara və ya ABŞ-a məxsus obyektlərə hücum edərsə, biz illər öncə İran tərəfindən girov götürülən 52 amerikalının təmsilçisi kimi 52 İran obyektini hədəf almışıq. Bəziləri İran mədəniyyəti baxımından çox vacibdir. Bu hədəflər və İranın özü sürətlə və sərt vurulacaq. ABŞ daha çox təhdid istəmir", - deyə Tramp qeyd edib.