Trampdan İrandakı etirazçılara - Farsca dəstək

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına farsca dəstək verib.

Trampdan İrandakı etirazçılara - Farsca dəstək
https://peyk.az

Peyk.az xəbər verir ki, ABŞ prezidenti Tvitter hesabında aksiya iştirakçılarına yönəlik fars dilində tvitlər yazıb.

"İranın cəsur və əziyyət çəkən xalqına: Prezident olduğum gündən bəri yanınızda dayandım və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazlarınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq", - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, İran hökuməti İran xalqının etiraz aksiyaları ilə əlaqədar insan haqlarını müdafiə edən təşkilatlara faktları izləyib hesabat hazırlamaları üçün icazə verməlidir.

İranda yüzlərlə tələbənin iştirakı ilə etiraz aksiyası keçirilib. Tehranın Əmir Kabir adına Universitetin binası önünə yığışan minə yaxın tələbə mitinqdə Ukrayna təyyarəsini vuranların cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.