Trampın çağırışına İrandan sərt reaksiya

Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin yanlışlıqla vurulmasından sonra İran tərəfindən ölənləri anmaq üçün hazırlanan mərasimlər etirazlara çevrilib.

Trampın çağırışına İrandan sərt reaksiya
https://peyk.az

Peyk.az "CNN Türk"ə istinadən xəbər verir ki, Trampın rəsmi Twitter hesabında etirazçılara dəstək verməsindən dərhal sonra İrandan da cavab gecikməyib.
Tramp Twitter hesabında etdiyi açıqlamada bildirib ki, "dünya və daha önəmlisi ABŞ izləyir. İnterneti yenidən yandırın və jurnalistlərin sərbəst gəzməsinə icazə verin! Böyük İran xalqının öldürülməsini dayandırın!" kimi ifadələrini işlədib.
Trampın tvitinə İranın reaksiyası da sərt olub. Belə ki, İran hökuməti tvitə reaksiya göstərərək "İranlılar Süleymaninin öldürüldüyünü həmişə xatırlayacaqlar" deyə bildirib.