Trampın tələbi: Çinə kredit verməyi dayandırın

ABŞ Prezidenti Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb.

Trampın tələbi: Çinə kredit verməyi dayandırın
https://peyk.az

Peyk.az xəbər verir ki, ABŞ Prezidenti Tvitterdə yazıb:

“Dünya Bankı Çinə niyə borc pul verir? Çinin kifayət qədər pulu var. Əgər kifayət etməsə onlar pul yaradırlar. Bunu dayandırın!”

Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çinlə bərabər şərtlərlə ticarət sazişinin imzalanmasının mümkünlüyünü istisna etmişdi.

Noyabrın 13-də Amerika lideri Pekini ticarət razılaşmasının ləğvi halında Çin mallarına rüsumlarıları “əhəmiyyətli dərəcədə” artırmaqla hədələmişdi.