Türk ordusu Bəşər Əsəd qüvvələrini belə vurdu – Video

İdlibdə Bəşər Əsədə bağlı olan silahlı qüvvələrin türk ordusunu artilleriya atəşinə tutması nəticəsində 4 əsgər şəhid olub, 9 əsgər yaralanıb.

Peyk.az xəbər verir ki, bundan dərhal sonra türk ordusu Bəşər Əsəd qüvvələrinə qarşılıq verib və bölgə əsl müharibə meydanına dönüb.

Türkiyə Prezidenti Ərdoğan elan edib ki, F-16 qırıcıları bölgəni bombalayıb və hazırda əməliyyatlar davam edir.

Türkiyə mediası Silahlı Qüvvələrin Bəşər Əsəd ordusuna layiqli artilleriya cavabı verdiyini elan edib və bununla əlaqədar videogörüntülər sosial şəbəkələrdə yayılıb.